YAP GB rayon gəncləri ilə görüş keçirib

YAP GB rayon gəncləri ilə görüş keçirib

YAP Gənclər Birliyi üzvlərinin iki günlük Qusar rayonuna səfəri çərçivəsində Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində YAP Gənclər Birliyinin fəalları ilə rayon gənclərinin görüşü baş tutub. SİA-nın məlumatına görə, tədbirdə YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, YAP Qusar rayon təşkilatının sədri, partiyanın Siyasi Şuranın üzvü David İbramxəlilov iştirak ediblər.

Tədbiri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq, ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışmışdır. YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin siyasətində gənclərlə iş xüsusi yer tutur. YAP Gənclər Birliyinin ölkəmizdə ən böyük gənclər təşkilatı olduğunu deyən Gənclər Birliyinin sədri partiyanın sıralarında yüksək intellektli gənclərin birləşdiyini diqqətə çatdırıb."İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov Azərbaycanda dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Görüşdə region gəncləri ilə YAP Gənclər Birliyinin fəal üzvləri arasında maraqlı diskusiya, səmərəli təkliflər səsləndirilib.

Görüşdən sonra rayonun fəal gəncləri ilə birgə YAP GB və Level Up tədris və inkişaf mərkəzinin birgə təşkil etdiyi "Fərdi inkişaf" mövzusunda təlim keçirilib. YAP Gənclər Birliyinin fəallarının Qusar rayon gəncləri ilə görüşü çərçivəsində paytaxt və region gəncləri arasında Qusar rayonunda yerləşən Olimpiya İdman Kompleksində futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə