"Parlament seçkiləri öncəsi Müsavat və ya AXCP ilə əməkdaşlıq etmək niyyətində deyilik". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, ADP parlament seçkiləri ərəfəsində adı çəkilən partiyalarla blok yaratmaq iddiasında olmayacaq: "Parlament seçkilərində müəyyən müxalifət partiyalarının birləşməsi məqsədəuyğun olardı. Amma bəzi partiyalarla blok yaradılacağı təqdirdə kimlərsə bundan sui- istifadə edərək öz şərtlərini irəli sürə bilərlər. Bu səbəbdən də Azərbaycan Demokrat Partiyası bir sıra müxalif partiyaları ilə əməkdaşlıq etmək niyyətində deyil. Bu məsələ ümumiyyətlə gündəmimizdə yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB