Hacıbala Abutalıbov: “Biz gec-tez öz torpaqlarımızı geri qaytaracayıq”

Hacıbala Abutalıbov: “Biz gec-tez öz torpaqlarımızı geri qaytaracayıq”

"Biz tez-gec Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik və buna daim hazır olmalıyıq". SİA-nın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Böyük Vətən Müharibəsi iştirakçıları ilə keçirdiyi görüşdə deyib.

Bakı merinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız tez bir zamanda erməni işğalçılarından azad olunacaq və Azərbaycan bayrağı Dağlıq Qarabağın, Azərbaycanın dilbər guşəsi olan Şuşa ən hündür yerində dalğalanacaq: "Son üç ayda ordumuz ermənilərə layiqli cavab verərək 50-yə yaxın əsgərini məhv edib. Məhz bunun nəticəsidir ki, üç ayda 300 min gənc erməni ailəsi Ermənistandan köçüb. Deməli hər ay işğalçı ölkədən 100 min ailə xaricə üz tutur. Biz onlara deyirik ki, itilin və rədd olun Azərbaycan torpaqlarından. Bu gün Azərbaycanın güclü ordusu var. Bizim ədalətli, Azərbaycan xalqını sevən, xalqımızın xoşbəxtliyi üçün öz həyatını həsr edən, iradəli Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevimiz var".

H.Abutalıbov əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı Dağlıq Qarabağ münaqişəsindən danışdı: "Biz gənc nəslin həmişə yadına salmalıyıq ki, "Ermənistan torpağı" adlanan torpaq Azərbaycanın əzəli torpağıdır. Biz həmin əzəli torpaqda Azərbaycanımızın suveren hüquqlarını bərpa edəcəyik. Buna əmin ola bilərsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə