"Sarkiyanın özü və onun ətrafında olan şəxslər soyqırımı törədən cinayətkarlardır. Bu faktı onların özləri də yüksək tribunalarda çıxışları zamanı da etiraf edirlər ki, Azərbaycan torpaqlarının işğalı zamanı keçirilən hərbi əməliyyatlarda xalqımıza qarşı vəhşilik nümayiş etdiriblər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Sarkiyan və ətrafındakı şəxslər dəfələrlə etiraf ediblər ki, onlar səhra komandirləridir: "Bütün soyqırımı və kütləvi qırğınların iştirakçısı olan həmin şəxslər bu gün kriminal aləmdə tanınan insanlardırlar. Ermənistanda fəaliyyət göstərən mafiya qruplarına dəstəyi də birbaşa Serj Sarkisyan özü göstərir. Onların öldürülməsini ört-basdır etmək üçün həmin şəxslərin cəbhə xəttində öldürülməsi ilə bağlı saxta sənədlər hazırlatdırır. Əlbəttə ki, bu cür saxtakar hərəkətlər Serj Sarkisyanın simasında Ermənistan hakimiyyətinin təşkil etdiyi növbəti təxribatdır və bu cür saxtakarlıqlarla öz əməllərini gizlətməyə çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB