"Azərbaycana qarşı aparılan qara piar kampaniyası qarşılaşdığımız ilk hal deyil. Biz artıq dünyada ikili standartların mövcud olmasını şahidi olmuşuq və bu ikili standarlar Azərbaycana qarşı ilk dəfə yönəlməyib". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, Azərbaycan Avrovizion mahnı müsabiqəsinə ev sahibliyi edəndə də ölkəmizə qarşı bu cür qara kampaniya həyata keçirilirdi: "Həmin mahnı müsabiqəsi zamanı da Azərbaycana qarşı boykot xarakterli şüarlar səsləndirilirdi. Ancaq nəticədə ölkəmiz bu böyük mədəniyyət tədbirini yüksək səviyyədə keçirməklə bütün dünyaya sübut etdi ki, Azərbaycan bundan böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündədir. İndiki şəraitdə də Azərbaycana qarşı qara piar kampaniyası aparılır. Avropa Siyasəti Araşdırmalar Mərkəzinin Avropa İttifaqına etdiyi çağırış heç bir nəticə verməyəcək. Azərbaycanın birinci xanımı, I Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan bu möhtəşəm idman yarışına artıq demək olar ki, tam hazırdır. Mənim fikrimcə, ölkəmizdə keçiriləcək bu idman tədbiri hansı qara piar kampaniyasının aparılmasından asılı olmayaraq ən yüksək səviyyədə həyata keçiriləcək. Azərbaycanın bölgədəki nüfuzunun artması, regionda lider dövlətə çevrilməsi Azərbaycanı istəməyən qüvvələrin maraq dairəsində deyil və bu onları narahat edir. Bu səbəbdən də onlar ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv mövqedən çıxış edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB