Elçin Mirzəbəyli: “Lovrovdan fərqli bəyanat gözləməyə dəyməz”

Elçin Mirzəbəyli: “Lovrovdan fərqli bəyanat gözləməyə dəyməz”

"Sergey Lovrovun Edvard Nalbandyanla görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər manipulyasiya xarakterlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Serger Lovrov bundan öncə də eyni məzmunlu bəyanatlarla çıxış edib: "Prinsip etibarilə səsləndirilən fikirlər Rusiyanın real mövqeyini ifadə edir. Rusiya münaqişənin həllində maraqlı deyil və status kvonun qorunub saxlanılmasını istəyir. Çünki mövcud münaqişə Rusiyanın regiona təsir imkanlarını artırır. Təbii ki, Rusiya dünyada qəbul olunmuş normal sivil və iqtisadi əlaqələrlə regional əməkdaşlığı inkişaf etdirə bilmədiyi üçün məhz münaqişələr yolu ilə geosiyasi maraqlarını təmin etməyə çalışır. Lovrovdan əslində bu yöndə fərqli bir bəyanat gözləməyə də dəyməz".

Bütün xəbərlər Facebook səhifəmizdə