Səfir Gəncə və Goranboya səfər edəcək

Səfir Gəncə və Goranboya səfər edəcək

Aprelin 9-10-da Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Gəncə və Goranboya səfər edəcək. Səfirlikdən SİA-ya verilən məlumata görə, səfirin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə görüşləri planlaşdırılır. Görüşlər zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq.

Səfir Goranboyda Çexiyada 1942-ci ildə baş vermiş Liditse soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin və küçənin olduğu Aşağı Ağcakənd qəsəbəsini də ziyarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə