Fazil Mustafa: ""Azerros"un fəaliyyətini qənaətbəxş hesab etmirəm" AÇIQLAMA
"Ümumiyyətlə, "Azerros"un fəaliyyətini qənaətbəxş hesab etmirəm. Bu baxımdan da dünya arenasında Azərbaycanın diaspora təşkilatlarının güclənməsi üçün daha müstəqil qurumların formalaşmasını arzu edərdik". Bu fikirləri millət vəkili Fazil Mustafa Abbas Abbasovun "Azerros"dan çıxarılacağı ehtimallarına münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Rusiyada hazırkı vəziyyətdə müstəqil qurum kimi fəaliyyət göstərmək ehtimalları da məhduddur: "Bütün hallarda Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyəti ilə seçilən insanlar çalışmalıyıq ki, diaspora təşkilatlarımızda sağlam ruhlu, sağlam fikirli, dövlətin mənafəyindən çıxış edə bilən insanlar olsun. Düşünürəm ki, bu günkü məqamda əsas məsələ budur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB