Millət vəkili: “AzərRos” Abbas Abbasovun təsirindən azad olmağa çalışır” AÇIQLAMA

Millət vəkili: “AzərRos” Abbas Abbasovun təsirindən azad olmağa çalışır” AÇIQLAMA

"AzərRos" çox mürəkkəb və ziddiyətli bir fəaliyyət yolu keçmiş bir təşkilatdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "AzərRos" təşkilatının sabah keçiriləcək qurultayına Abbas Abbasovun qatıla bilməməsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, təşkilat müxtəlif dövrlərdə müxtəlif mövqe olub: "Abbas Abbasov Azərbaycanda Baş nazirin birinci müavini vəzifəsindən azad ediləndən sonra daimi yaşayış yeri kimi Moskvaya getdi və qısa zamanda həmin təşkilatın Ağsaqqallar Şurasının sədri oldu. Onun həmin təşkilata rəhbərlik etdiyi dövrdə "AzərRos"da ziddiyətlər daha da gərginləşdi. Sonda isə təşkilat bir neçə qrupa parçalandı. Təşkilatda gedən son proseslər göstərir ki, artıq təşkilat ümumiyyətlə sərbəst fəaliyyət göstərməyə və Abbas Abbasovun təsirindən azad olmağa çalışır. Görünür təşkilatda onu yaxşı tanıyırlar və özlərini bu adı ilə bağlamaq istəmirlər. Arzu olunandır ki, Azərbaycanda kənarda fəaliyyət göstərən diaspor təşkilatları kiminsə təsirində deyil əskinə özləri müstəqil fəaliyyət göstərsinlər. Həm diaspor nümayəndələrini birləşdirərək Azərbaycanın milli-mənəvi dəyərlərdən qorunmasına, Vətənlə əlaqələrin möhkəmlənməsinə çalışsınlar və eyni zamanda öz ölkələrinin layiqli vətəndaşları olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə