Kamerun rəsmiləri Fəxri Xiyabanda

Kamerun rəsmiləri Fəxri Xiyabanda

Bu gün Kamerun Gömrük İdarəsinin Baş direktoru xanım Libom Li Likeng Ni Mendomo Avumvele Minette və onun rəhbərlik etdiyi nümayəndə heyəti heyəti Azərbaycanda səfərdədir. SİA-nın məlumatına görə, nümayəndə heyəti ilk olaraq Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının uyuduğu Şəhidlər Xiyabanına gəliblər, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Qeyd edək ki, bu gün Kamerun Gömrük İdarəsinin Baş direktoru xanım Libom Li Likeng Ni Mendomo Avumvele Minette ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşü nəzərdə tutulub.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə