“Azərsu” Sukanal İdarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edir
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad Sukanal İdarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edir. "Azərsu" ASC-dən bildiriblər ki, kadr ehtiyat bazasına avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru vəzifələri daxil ediləcək.
Maraqlananlar şəxsi məlumatlarını müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə aprelin 15-dək [email protected] ünvanına göndərə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB