Politoloq: "Milli maraqlarımıza zidd hərəkət edirlər" AÇIQLAMA

Politoloq: "Milli maraqlarımıza zidd hərəkət edirlər" AÇIQLAMA

"Son on il ərzində Azərbaycanda açılan yeni iş yerlərinin və həyata keçirilən infrastruktur layihələrinin sayı Əli Kərimlinin başında olan saçın sayından çoxdur". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.

Politoloqun sözlərinə görə, özünü "Milli Şura"adlandıran bir qrup radikal müxalifət partiyalarının birgə təşkil etdiyi növbəti aksiya uğursuz başlayıb, uğursuz da başa çatdı: "Belə ki, bir neçə gün idi ki, böyük pafosla çıxışlar edib mitinqə adam yığmaqla məşğul olan radikal müxalifət liderləri "möhtəşəm bir mitinq olacaq" bəyanatları verməkdən geri qalmırdılar, ancaq sonda aksiya təşkil olundu və ora heç 600 tərəfdar belə yığa bilmədilər. Əslində bu aksiyada o qədər insanın iştrak edəcəyi öncədən məlum idi. Ona görə ki, Əli Kərimli və yanında olub özünü "siyasi lider" adlandıran, hər gün səfirliklərin "elçi daşının" üstündə oturub boynunu bükən bu qrant həvəskarları təşkil etdikləri aksiyada şər -böhtan dolu fikirlərdən başqa heç nə səsləndirmirlər. Onların bu cür şər-böhtan səsləndirmələrinə də təəccüblənmirəm,ona görə ki, radikal müxalifətin səlahiyyəti və ixtiyarı öz əlində deyil. İdarə olunan avtomobilə bənzəyirlər. Əyləc, sürət və rol başqasının ixtiyarında olur və hər zaman istədikləri kimi idarə edirlər. Ancaq milli müxalifət olsaydılar, cəmiyyətin və xalqın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsindən, erməni terorizmindən danışmalı və bu münaqişənin həll yolu ilə bağlı özlərinin təklif planı haqqında aksiya iştirakçılarına məlumat verməli idilər. Hər zamanki kimi yenə də öz ampulalarında çıxışlar edib aksiyada iştirak edən insanlara yalnış və həqiqtə uyğun olmayan məlumatlar verdilər. Onların pafosla səsləndirdikləri bir neçə böhtana diqqət etsək aydın şəkildə görə bilərik ki, müxalifət olaraq cəmiyyətdə olan problemləri demək, hakimiyyətin etmədiklərin bildirmək, hazırki hakimiyyətə bir güzgü rolunu oynamaqla hakimiyyətin görə bilmədiklərini göstərmək əvəzinə erməni lobbisinin təşəbbüsü ilə onlara verilmiş milli maraqlarımıza zidd olan tədbirlər planına uyğun hərəkət edirlər".

R. Alıyev radikal müxalifətin və Əli Kərimlinin iş yerlərinin olmamasından şikayətlənməsinə cavab olaraq deyib ki, təkcə son 10 il ərzində Azərbaycanda açılan yeni iş yerlərinin və həyata keçirilən infrastruktur layihələrinin sayı Əli Kərimlinin başında olan saçın sayından çoxdur: "Onların əllərində tutaraq oxuduqları vərəqdə yazılan yazını belə həmin dairələrlə məsləhətləşib yazıblar. Aksiyada iştirak edənlərin radikal müxalifətin onlardan öz mənafeləri üçün necə istifadə etdiklərindən xəbəri yoxdur. Həmin radikal müxalifət aksiyada iştirak edən insanların şəkillərini çəkdirib erməni lobbisinə, səfirliklərə, bəzi beynəlxalq təşkilatların nümayəndələrinə göstərməklə müəyyən qədər qrant alıb öz şəxsi istəkləri üçün xərcləyirlər. Bu aksiyanı da Əli Kərimli və radikal müxalifətin erməni lobbisi və bir neçə xarici ölkə səfirliklərinin qarşısında vermiş olduqları növbəti uğursuz "imtahanı" kimi başa düşmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə