Fazil Mustafa: "Əli Kərimlinin dindən heç bir anlayışı yoxdur" AÇIQLAMA

Fazil Mustafa: "Əli Kərimlinin dindən heç bir anlayışı yoxdur" AÇIQLAMA

""Milli Şura" keçirdiyi mitinqinə dindarları çağırmaqla növbəti dəfə yalnış addım atdığını cəmiyyətə göstərmiş oldu. Kimliyindən asılı olmayaraq, siyasətlə dini qarışdırmaq heç bir halda qəbul edilən deyil". Bu fikirləri SİA-ya millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bunu doğru yanaşma hesab etməyərək qeyd edib ki, Əli Kərimlinin çağırışları qətiyyən yolverilməzdir: "Bütün hallarda biz çalışmalıyıq ki, bu cür hallar baş verməsin. Çünki bu hallar dinin siyasətə alət olmasına, radikalizmin güclənməsinə gətirib çıxara bilər. Ümumiyyətlə siyasətlə insanlar vətəndaş olaraq məşğul olurlar, dindar olaraq deyil. Dindar öz inancı ilə məşğul olan insandır. Əgər cəmiyyət həyatında hər hansı bir siyasi yöndə fəaliyyət göstərmək istəyərsə o zaman siyasi partiyaya üzv olar və fəaliyyət göstərər".

Fazil Mustafa həmçinin Əli Kərimlinin də dindən heç bir anlayışı olmayan biri olduğunu vurğuladı: "Bu insanların dindən başları çıxsaydı heç bir zaman belə çağırışlar etməzdilər. Dindarı siyasətə bu cür qoşmaq olmaz. Bunlar ayrıca bir təbəqə deyil ki, ayrıca olaraq şüarlarla çıxışlar etsinlər. Bu və ya digər mənada bunları tamamilə yalnış hesab edirəm".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə