Aydın Mirzəzadə: "Müxalifətin uğur qazanacağı inandırıcı görünmür" AÇIQLAMA
"Radikal müxalifətin ara-sıra kütləvi aksiya keçirməsi özlərini yada salmaq və ya hansısa bir xarici fonddan aldıqları qrantı reallaşdırmaq üçündür". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə müxalifətin bu gün planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, çünki, onlar Azərbaycanın gündəlik həyatları ilə yaşamırlar, xalqın problemləri ilə tanış deyillər: "Bununla belə, onlar tənqid etdikləri halda hər hansı rasional təklif irəli sürmürlər, həyatımızdakı inkişafı görmürlər. Məhz bu səbəbdəndir ki, insanlar onların arxasınca getmirlər, elektoratları çox zəifdir. Topladıqları 200-300 nəfərlə hansıa bir uğur qazanacaqları inandırıcı görünmür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB