"Ədalət və İnkişaf Partiyasının binasına hücum bu partiyanın yeritdiyi siyasətə etirazın əlamətidir". Bunu SİA-ya politoloq Qabil Hüseynli Türkiyədə son bir neçə gündə baş verən prosesləri şərh edərkən deyib.
Politoloq deyib: "Hakim partiyanın binasına hücum edən şəxsin binanın yeddinci mərtəbəsinə qalxaraq Osmanlı bayrağı ilə Cümhuriyyət bayrağının sintezindən yaranmış bayrağı asması o deməkdir ki, bu adam Türkiyədə indi yeridilən siyasətin bəzilərinə, xüsusilə milli azlıqlarla bağlı siyasətə etiraz edir. Eyni zamanda Türkiyədə cümhuriyyət quruluşunun, demokratiyanın, insan haqlarının daha da möhkəmləndirilməsini istəyir".
Q. Hüseynlinin sözlərinə görə, hakim partiyanın binasına hücumla prokurorun öldürülməsi arasındakı əlaqəni görməmək mümkün deyil: "Hesba edirəm ki, bu hadislər bir medalın iki üzüdür. Çünki, həmin adamlar da solçular, komunist yönümlü qruplaşmanın üzvləri idilər. Onlar Türkiyədə sosial ədalət uğrunda mübarizə apardıqlarını bəyan etmişdilər. Bayraqlarında isə oraq və çəkic şəkli əks olunmuşdu. Həmin adamlar Türkiyədə sosial ədalətin pozulduğu qənaətindədirlər. Bu fonda sosial ədalətin hüquq sahəsində daha çox pozulmasını iddia edirlər. Ona görə də prokuroru girov götürüblər. Prokurorun ölümünə isə onun xilası üçün hazırlanan əməliyyatın səbatsız olmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB