Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. SİA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: "Hörmətli Vladimir Vladimiroviç, Oxot dənizində "Dalniy Vostok" traulerinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB