"Milli Şura mitinqdə iştirakçı sayının arxasına sıfırlar artırmağa vərdiş edib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.
Onun sözlərinə görə, əvvəllər mitinqin keçirilməsi üçün ayrılan yerdən narazı olan qüvvələr üçün indi şəhərin mərkəzində çox ideal yer ayrılıb. Ancaq buna baxmayaraq, yenə də keçirilən mitinqlərdə iştirak sayı minimum həddədir: "Prezident seçkiləri ərəfəsində də keçirilən mitinqlərə təqribən iki min nəfər toplanırdısa bu rəqəm şişirdilərək iyirmi min nəfərə qədər qaldırılırdı. Bu insanlar tamam məntiqsizdirlər. Məni maraqlandıran məsələ odur ki, əgər keçiriləcək mitinqə yüz min nəfər gələcəksə, həmin camaatı mitinqin keçiriləcəyi stadionun ərazisinə necə yerləşdirəcəklər? Çünki yüz min nəfəri yerləşdirmək üçün çox böyük ərazi tələb olunur. Yəni bu cür məntiqsiz vədlər verməklə özlərini güclü kimi qələmə vermək istəsələr də, xalq bu yalanlara inanmır. Tam əminəm ki, keçirilməsi nəzərdə tutulan bu dəfəki mitinqdə də heç bir nəticə əldə olunmayacaq ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB