“Ərdoğan İran səfərində hansısa təşəbbüslə çıxış edə bilər" AÇIQLAMA
"Yəmən hadisələrinə görə İranı kəskin tənqid edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bundan sonra İrana edəcəyi səfərin hansı hadisələrlə yadda qalacağının əvvəlcə protokol tərəfinə nəzər salmaq lazımdır". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov deyib.
Politoloqun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın İrana səfəri aprel ayının əvvəllərində olmalıdır: "Ümumiyyətlə Türkiyə və İran regionda iki aparıcı dövlətdir. İnanıram ki, bu səfər baş tutacaq. Çünki Ərdoğan faktiki olaraq bəyanat verib. Məsələn, biri var bəyanat vermək, biri də var ki həmin bəyanatdan sonra hansısa konkret addımlar atılsın. Əgər Türkiyə prezidenti Pakistan dövləti kimi koalisiyaya dəstək göstərsə idi bu zaman sözügüdən səfər baş tutmaya bilərdi. Düşünürəm ki, Ərdoğan İran səfərində hansısa vasitəçi təşəbbüslə çıxış edə bilər. Ötən gün İran Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndəsi bəyanat verdi ki, problemi danışıqlar yolu ilə həll etmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB