Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində göstərilən səylər Ermənistanın qeyri-konstruktiv mövqeləri səbəbindən nəticəsiz qalmaqdadır. Lakin hər dəfə nəticəsiz qalan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində aparılan danışıqlar davam etdirilir. Politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında bildirdi ki, heç vaxt Ermənistandan konustruktiv addımların atılacağını gözləmək mümkün deyil: "Çünki Ermənistan terrorçu və işğalçılıq siyasətini həyata keçirən dövlətdir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan o halda irəliyə doğru addımlar gözləmək olar ki, burada beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkə olan Ermənistana qarşı ciddi təzyiqlər edilsin. Əgər Ermənistana beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiqlər olmasa, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların heç bir nəticəsi olmayacaq. Yəni Sarkisyan rejimi qeyri-konstruktiv mövqeyindən əl çəkməyəcək. Bununla da Dağlıq Qarabağ münaqişəsinin həlli uzanacaq".
Politoloqun sözlərinə görə, artıq uzun illərdir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli olunması istiqamətində çalışırlar: "Amma bu illər ərzində ortalıqda müsbətə doğru heç bir nəticə yoxdur. Demək olar ki, həmsədr ölkələr çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini əsasən öz inhisarlarında saxlasınlar. Bu da onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir nəticə təmin edə bilməyiblər. Bu da həmsədrlərin münaqişənin həllində ikili yanaşma nümayiş etdirdiklərini fakt olaraq ortaya qoymuş olur".
E. Mirbəşiroğlunun sözlərinə görə, bu gün bütün dünya ölkələri çox gözəl bilir ki, Ermənistan işğalçı və günahkar ölkədir: "Amma bu reallığı bildikləri halda yenə də susurlar. Ermənistan beynəlxalq təşkilatların işğal olunan Azərbaycan torpaqlarının qeyri-şərtsiz boşaldılması barədə qətnamələrini yerinə yetirməməklə idarəolunmaz bir dövlət olduğunu nümayiş etdirir. Münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həllinə nail olmaq üçün Ermənistana sanksiyaların tətbiq olunması vacibdir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB