Elman Məmmədov: “Cinayətkar dəstə icmaların görüşünə imkan vermir”

Elman Məmmədov: “Cinayətkar dəstə icmaların görüşünə imkan vermir”

"Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məqsədəuyğundur. Ancaq, bir şərtlə ki, bu görüşlərdə Ermənistan və qondarma qurumun rəsmi şəxsləri iştirak etməsin". Bunu SİA-ya millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, görüşlərdə hər iki tərəfdən ictimaiyyət nümayəndələri iştirak etməlidir: "İcmalar arasında görüşlər mövqelərdə aydınlaşma əmələ gəlməsinə kömək edə bilər. Ancaq, Azərbaycanın işğal altında olan ərazilərində bu gün Ermənistana rəhbərlik edən cinayət dəstə qondarma "respublika" yaradıb. Eyni zamanda bu ərazidə mülki insanların hərəkəti məhdudlaşdırılır. Həmçinin onların kimlərləsə ünsiyyətdə olması da qadağan edilir".

E. Məmmədov qeyd edib ki, bu gün Ermənistanı zəbt etmiş cinayətkar dəstə icmaların, ictimaiyyət nümayəndələrinin görüşündən qorxurlar: "Çünki, onlar ictimaiyyət nümayəndələrinin mövqelərinin yaxınlaşmasından qorxurlar. Buna görə də cinayətkar dəstə icmaların görüşünə razılıq vermirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə