Politoloq: “Yaxın Şərqdə ümumi təhlükəsizlik landşaftı həssasdır”

Politoloq: “Yaxın Şərqdə ümumi təhlükəsizlik landşaftı həssasdır”

"Yəməndə baş verən hadisələr Yaxın Şərqdəki gərginlikdən xəbər verir". Bunu SİA-ya politoloq Tamerlan Vahabov deyib.

Politoloq qeyd edib ki, Yaxın Şərq bir çox ölkənin maraqlarının toqquşduğu regiondur: "Yaxın Şərqdəki dövlətlərin bir çoxunda institusional və struktur problemləri var. Yəməndə də bu problemlər var. Belə dövlətlərin iqtisadi problemləri və dövlət quruculuğundakı boşluqlar onların zəifləməsinə gətirib çıxarır. Belə zəif dövlətlər isə böyük və digər regional dövlətlərin oradakı maraqlarına qarşı çıxa bilmirlər. Ona görə nəticə Yəməndəki kimi olur".

T. Vahabov deyib ki, Yaxın Şərqdə ümumi təhlükəsizlik landşaftı həssasdır: "Ona görə də hər hansı bir yenilik baş verən zaman dövlət quruculuğu zəif olan dövlətlərədə belə hadisələr baş verir. Onlar da normal həll mexanizmlərinə yox, silahlı mübarizəyə əl atırlar. Ona görə də bu regionda münaqişələrin artımı müşahidə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə