“31 mart soyqırımı olmaya bilərdi”

“31 mart soyqırımı olmaya bilərdi”

"1918-ci il 31 martda erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən ibrət alsaydıq, müstəqil dövlətimiz olsaydı və güclü olsaydı, 31 mart bəlkə də olmaya bilərdi. Əgər 31 martdan ibrət alsaydıq və güclü dövlətimiz olsaydı, onda Xocalıda törədilən soyqırım olmazdı. Hesab edirəm ki, belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün dövlətimiz və millətimiz güclü olmalıdır". Bu fikirləri millət vəkili, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı öz şəxsi "facebook" hesabında paylaşıb. Millət vəkili həmçinin Rusiya və Gürcüstan arxivlərində saxlanılan üç fotoşəkil də təqdim edib. Fotoşəkillərdən ikisi 1918-1920-ci illərdə daşnaklar tərəfindən İrəvan ətrafında dağıdılmış azərbaycanlılara məxsus yaşayış məntəqəsinin, digər bir fotoşəkil isə 1918-ci ildə Bakıda daşnak dəstəsinin şəklidir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə