"Vladimir Putinin Ermənistana planlaşdırılan səfəri Qondarma ermıni soyqırımı ilə bağlıdır. Bu faktorun özü artıq Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə olan münasibətini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, tarixdə baş verməyən qondarma bir soyqırımı qeyd etməyə gələn bir dövlət başçısından Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər hansısa dəstək gözləmək sadəlövhlük olar: "Rusiya bu münaqişədə Ermənistanın tərəfində olduğunu çoxdan sübuta yetirib. Bu ölkə Ermənistanın hərbi-siyasi müttəfiqidir. Bu baxımdan da Vladimir Putinin Ermənistana səfərindən və orada baş tuta biləcək danışıqlardan müsbət heç nə gözləmirəm. Hər zamankı kimi bu səfər də bir daha Rusiyanın münaqişənin həlli məsələsində Ermənistana dəstək olduğunun bariz göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB