Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 29-da Siyəzən rayonunda Siyəzən, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edəcək.

Qəbul Siyəzən şəhəri Heydər Əliyev Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə