Ermənistanın iqtidaryönlü "Çiçəklənən Ermənistan" partiyası rəsmi şəkildə müxalifətə keçib. SİA xəbər verir ki, bu barədə partiyanın parlamentdə təmsil olunan fraksiya rəhbəri Naira Zöhrəbyan bəyan edib. Partiya rəsmiləri ölkədə növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi tələbini irəli sürərək, bundan sonra müxalifətlə eyni mövqedən çıxış edəcəyini bildirirlər.
Xatırladaq ki, partiyanın lideri Sarukyan Serj Sarkisyanla bir müddət bundan öncə müəyyən razılığa gəlsə də, sonradan əldə olunan razılaşmanın təmsil olunduğu siyasi təşkilatın maraqlarına zidd olduğunu bəyan etmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB