Aytən Mutafayeva: “Ekspertlərimiz NATO üçün səmərəli ola bilər” AÇIQLAMA

Aytən Mutafayeva: “Ekspertlərimiz NATO üçün səmərəli ola bilər” AÇIQLAMA

"Bizim üçün çox vacibdir ki, Azərbaycanın gələcəyi ilə bağlı atılan addımlar məlumatlandırılsın". Bu sözləri bu gün bu gün Bakıda keçirilən "NATO-nun UELS Sammitindən sonra Şimali Atlantika İttifaqı və Tərəfdaş Ölkələr Arasında Əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Mili məclisin deputatı Aytən Mustafayeva deyib. Onun sözlərinə görə, Azərbaycanın torpaqlarının minalardan təmizlənməsi NATO-nun fəaliyyət istiqamətlərindən biri olmalıdır. Azərbaycan 20 ildən çoxdur ki, ermənilərin beynəlxalq terrorçuluğu ilə mübarizə aparır: "Sonuncu sammit hesab edirəm ki, çox vacib bir toplantı oldu. Sadəcə Azərbaycan üçün deyil, region üçün də çox vacib bir sammit olub. Azərbaycan NATO ilə bir sıra istiqamətdə tərəfdaşlıq edəcək. Bu istiqamətlərdən birincisi Azərbaycan torpaqlarının minalardan təmizlənməsidir. Ölkəmiz bu terrorçu oyunları ilə çox üzləşib. Azərbaycan 20 ildən çoxdur ermənilərin beynəlxalq terorçuluğu ilə mübarizə aparır. Həmçinin bizim üçün kiberterrorçuluğun qarşısının alınması çox vacib bir sahədir. NATO üçün də bu ən vacib istiqamətlərdən biri olmalıdır".

İnstitutut rəhbəri Azərbaycanın Əfqanistan məsələsində NATO ilə birgə əməkdaşlıq edir və gələcəkdə azərbaycanlı veteranların bu sahədə xüsusi dəstəyi ola bilər: "Əfqanistandan kontingentin çıxardılması, bu sakinlərin dinç həyata qovuşmağı istiqamətində atılan addımlar deməkdir. Ölkəmiz də öz aerodromlarından istifadə üçün icazə verib. Azərbaycanda uzun müddət Əfqanistan müharibəsində iştirak edən və çalışan insanlar var ki, onların da əməyindən yararlanmaq NATO üçün səmərəli ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə