Çin Türkiyə ilə hərbi əməkdaşlığı dəstəkləyir

Çin Türkiyə ilə hərbi əməkdaşlığı dəstəkləyir

Çin Türkiyə ilə zenit-raket kompleklərinin təchizatı istiqamətində imzalanmış sazişi dəstəkləyir. Həmin komplekslər daxilinə uzaq məsafəli HQ-9 (Hongi-9 – "qırmızı bayraq"-9, ixrac modeli FD-9-red.) raketi də daxil olunub. SİA xəbər verir ki, bu barədə "china daily" "Çhina National Precision Machiney İmport & ExportCorporation" şirkətinin nümayəndəsinə istinad edərək məlumat yayıb.

Qeyd edək ki, bu ilin fevralında Türkiyənin müdafiə naziri İsmət Yılmaz bəyan etmişdi ki, onun ölkəsi Çinlə raketdən müdafiə sistemi istiqamətində əlaqələr qurmaq qərarını verib. O, həmçinin bildirmişdi ki, yeni yaradılacaq raketdən müdafiə sistemi NATO sisteminə inteqrasiya olunmayacaq.

"Çhina National Precision Machiney İmport & ExportCorporation" şirkətinin nümayəndəsi isə bildirib ki, Çinin FD-2000 sistemi və ixrac olunan HQ-9 modeli məhz Türkiyə ilə 2013-cü ildə imzalanmış saziş əsasında hazırlanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə