Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Krım məsələsinə dair keçiriləcək toplantısına qatılmayacaq. SİA xəbər verir ki, bu barədə "ria novosti" saytı Rusiyanın BMT-dəki nümayəndəliyinin məlumatı əsasında informasiya yayıb.
"Bunu belə əsaslandırırıq ki, mövcud tədbir səmərə verməyən və təxribat xarakterlidir. Bu, BMT TŞ-nın fəaliyyətini əks etdirməyən toplantıdır. Bu baxımdan, Rusiya nümayəndəliyi və bildiyimiz qədər daha bir neçə ölkənin nümayəndəlikləri həmin toplantının işinə qatılmayacaq"-deyə mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, toplantıda Ukraynadan olan deputat, Krım tatarları Məclisinin sabiq lideri Mustafa Cəmilev də iştirak edəcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB