Sədr: “YAP GB əlindən gələni əsirgəməyəcək” AÇIQLAMA

Sədr: “YAP GB əlindən gələni əsirgəməyəcək” AÇIQLAMA

"Bu gün Azərbaycanda dövlət gənclər siyasəti ölkəmizin aparmış olduğu siyasətin ən mühüm istiqamətlərindən biridir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, Prezident İlham Əliyev həqiqətən də zamanın, dövrün tələbinə uyğun olaraq gənclər siyasətinin formasını, metodlarını dəyişir və günün tələblərinə uyğunlaşdırır: "Azərbaycan Prezidentinin gənclərlə bağlı siyasətinin bu gün ən məntiqi nəticəsi odur ki, biz artıq bir-iki illik proqramlar deyil, on illik strateji proqramları qəbul etmişik və həyata keçiririk. Bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisidir".

S.Orucov əlavə edib ki, YAP GB-nin rayon və şəhər təşkilatlarında hesabat-seçki konfransı yekunlaşdıqdan sonra regionlarda bu sənədin təbliği, tədqiqatı ilə bağlı bir çox tədbirlər həyata keçiriləcək: "Çünki həmin sənədi oxuduqda, incələdikdə görünür ki, burada bütün kateqoriyadan olan gənclər nəzərə alınıb. Xüsusilədə bu gün regionlarda gənclərin kariyerasının inkişafı, məşğulluğunun təmin edilməsi ilə bağlı məsələlər var. Təbii ki, həmin sənədin təbliği ilə də bağlı YAP GB mütəşəkkil qaydada əlindən gələni əsirgəməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə