Elçin Mirzəbəyli: “Ermənistan əyalət funksiyasını yerinə yetirir”

Elçin Mirzəbəyli: “Ermənistan əyalət funksiyasını yerinə yetirir”

"Avrasiya İttifaqında dominant ölkə Rusiyadır. Ermənistanın isə bu ittifaqda fəal iştirakı üçün hər hansısa bir şəraiti yoxdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Ermənistan Avrasiya İttifaqında formal şəkildə təmsil olunur: "Bu ittifaqda Ermənistan yalnız müstəqil dövlət adına iddia edən bir əyalət funksiyasını yerinə yetirir. Onun orada iştirak edib-etməməsinin digər üzv dövlətlərə heç bir təsiri olmayacaqdır. Çox güman ki, Rusiya, Qazaxıstan və Belarusiyanın dövlət başçıları da məhz bu faktı nəzərə alaraq martın 20-də Astanada keçirilməsi gözlənilən növbəti görüşdə Ermənistanın iştirakını vacib saymayıblar. Hər halda bu faktın özü belə bir daha Ermənistanın digər dövlətlər tərəfindən nə dərəcədə ciddi qəbul olunmadığını ortaya çıxarır".

Bütün xəbərlər Facebook səhifəmizdə