Seymur Orucov: “Müxalifət partiyaları bizim qədər mütəşəkkil deyil” AÇIQLAMA

Seymur Orucov: “Müxalifət partiyaları bizim qədər mütəşəkkil deyil” AÇIQLAMA

"Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin rayon və şəhər təşkilatlarında keçirilən hesabat-seçki konfransı iş qrafikinə uyğun olaraq davam edir". Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov SİA-ya açıqlamasında deyib.

YAP GB sədrinin sözlərinə görə, artıq Birliyin 50-dən çox təşkilatında YAP GB-nin hesabat-seçki konfransları keçirilib: "Təbii ki, nəticələr də bəllidir".

Keçirilən bu konfranslardan müxalifətin gileylənməsinə, qıcıqlanmasına gəlincə deyə bilərəm ki, heç şübhəsiz ki, burada böyük bir səbəb var: "Çünki müxalifət partiyası bizim qədər mütəşəkkil deyil. Onlar nəinki Partiyamız qədər, heç Gənclər Birliyinin keçirmiş olduğu hesabat-seçki konfranslarını belə mütəşəkkil qaydada keçirə bilmirlər. Xüsusilə də regionlarda, paytaxtın bir çox rayonlarında, yerlərində onların özləri olmadığı üçün biz bunu təbii qəbul edirik. Özünü ana müxalifət adlandıran Müsavatın gənclər birliyinin konfransında da gördük ki, orada necə biabırçılıq oldu və etibarsız sayıldı. Təbii ki, biz bunlara yalnız gülüb keçirik".

Bütün xəbərlər Facebook səhifəmizdə