Milli Məclisdə hökumətin hesabatı müzakirə olunur

Milli Məclisdə hökumətin hesabatı müzakirə olunur

Mili Məclisin plenar iclası təqdim olnuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi ilə davam edir. SİA-nın məlumatına görə, millət vəkilləri hesabatı yüksək qiymətləndirib.

Çıxış edən millət vəkili Qənirə Paşayeva təmsil etdiyi Tovuz rayonun bəzi kəndlərinin qazlaşdırılmaması perobleminə diqqət çəkib.

Millət vəkili Musa Quliyev bildirib ki, hökümətin hesabatı hərtərəfli hazırlanıb və sosial məsələlər bu məruzədə ətraflı şəkildə təhlil olunub.

Musa Quliyev stajı az olan Qarabağ əlillərinə verilən müavinəti minimum pensiya həddinə çatdırılmasını təklif edib.

Musa Quliyev ipoteka proqramından əlavə sosial evlərin tikintisinin mənzil probleminin həllində mühüm rol oynayacağını vurğulayıb.

Musa Quliyev orta tibb təhsilində olan problemlərdən də danışıb: "Orta tibb təhsilli kadrların yetişdirilməsi qənaətbəxş deyil. Dünyanın heç bir yerində orta tibb təhsili ilə bağlı belə bir sistem yoxdur. Xarici ölkələrdə onların bilik və bacarıqları təkmilləşdirilir".

Hesabatı qənaətbəxş hesab edən millət vəkili Fazil Mustafa deyib ki, dövlət başçısı müəllimlərin maaşlarının 33% artımı ilə bağlı sərəncam verməsinə baxmayaraq təəssüf ki, bu sərəncam hələ də həyata keçirilmir: "Müəllimlər həm yanvar, həm də fevral ayının maaşlarını artımla ala bilməyiblər. Axı bu kateqoriyadan olan şəxslərin başqa sahələrdən gəliri yoxdur. Məktəblərdə pensiya yaşına çatmış müəllimləri taleyin ümidinə buraxmışıq".

Millət vəkili dünya təcrübəsindən misal gətirib və bir sıra təkliflər irəli sürüb: "Türkiyədə həmin müəllimlərə kiçik biznes qura bilməsi üçün təzminat verilir. Ancaq bizdə müəllim pensiyaya çıxanda həmin vəsait ona verilmir. Məhz buna görə, müəllim pensiyaya çıxanda başqa bir işlə məşğul olmur".

Çıxış edən digər millət vəkilləri də hesabtı yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə