Mais Səfərli: “Bu şəxslər qanun pozuntusuna yol verirlər”

Mais Səfərli: “Bu şəxslər qanun pozuntusuna yol verirlər”

"Siyasi partiyaların fəaliyyətinin xarici ölkələr tərəfindən maliyyələşdirilməsi Azərbaycan qanunları ilə yolverilməzdir". Bu sözləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, hakimiyyətə gəlməyə iddialı olan bəzi siyasi partiyaların xaricdən maliyyələşməsi həmin partiyaların xaricdən asılı vəziyyətə düşməsi deməkdir: "Belə olan təqdirdə əgər gələcəkdə həmin siyasi partiya hakimiyyətə gələrsə bütövlükdə dövlət həmin xarici qüvvələrdən asılı vəziyyətə çevrilə bilər. Əgər Azərbaycanda bu məsələ qanunla qadağan olunubsa həmin şəxslər qanun pozuntusuna yol vermiş hesab olunurlar. Bütün hüquqi dövlətlərdə bu qayda mövcuddur. Mənim fikrimcə bu cür qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə