"Qondarma rejimin özünün "məhkəmə" strukturları adlandırılan əsassız bir təşkilatlar tərəfindən Apelyasiya prosesinin başa çatdırılması ilə əlaqədar bu yaxınlarda bəyanat verildi. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bundan əvvəldə mövqeyimiz bildirilmişdi ki, erməni hərbiçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərovun üzərində aparılan "məhkəmə"prosesinin heç bir hüquqi əsası yoxdur". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Qurum rəsmisinin sözlərinə görə, Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi ilk növbədə beynəlxalq hümanitar hüququn və Cenevrə Konvensiyalarının kobud şəkildə rəsmi İrəvan tərəfindən pozulması deməkdir: "Çünki mülki şəxslər hərbi qüvvələr tərəfindən bu formada girov götürülə bilməzlər. Təbii ki, bu ilk növbədə Cenevrə Konvensiyasının qadağalarıdır. Ona görə də işğalçı ölkə öz məsuliyyətini dərk edərək dərhal girovlarımızın azad edilməsi təmin edilməlidir. Ermənistan tərəfinin bu cür qeyri-hümanist davranışı təkcə bizim soydaşlarımızla münasibətdə deyil, eləcə də öz vətəndaşlarına qarşı münasibətdə də özünü göstərir. Bildiyiniz kimi 2014-cü ilin dekabrında Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri ölkələrindəki acınacaqlı vəziyyətdən xilas olmaq üçün könüllü olaraq Azərbaycan tərəfinə keçmişdilər. Təbii ki, rəsmi Bakı da hümanitar missiyadan çıxış edərək, bu ailənin yaşaması üçün normal şərait yaradılmışdır. Hətta onlar üçüncü bir ölkənin ərazisinə keçmək niyyətində idilər. Sadəcə olaraq ailə başçısının kriminal keçmişi olduğuna görə, üçüncü dövlətlər tərəfindən o qəbul edilmədi".
H.Hacıyev əlavə edib ki, amma Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Qaç Komitəsinin xətti ilə bu ailə Ermənistana təhvil verilən kimi dərhal onlar üzərində cinayət işi başlanıldı: "Ailənin azyaşlı uşaqları belə psixoloji, mənəvi işgənclərə məruz qaldılar. Təbii ki, bu, Ermənistan hərbi diktatura rejiminin mahiyyətini göstərən addımdır. Bizim soydaşlarımıza münasibətdə də eyni hərəkət nümayiş olunur. Müsbət bir haldır ki, artıq ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən açıq bəyanatlar səsləndirilir ki, girovlar dərhal azad edilməlidir. Ona görə də həmsədrlər və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə bu xüsusda işlərimiz davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB