Hikmət Hacıyev: "Düşmənin gücünü olduğu kimi qəbul etmək lazımdır" FOTOLAR
"Xarici və daxili mediaya çıxış fəaliyyətimizin əsas prioritet istiqamətlərindən birini təşkil edir". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "İrəli" İctimai Birliyinin gənc jurnalistlər üçün təşkil etdiyi "Gənc Əkinçi" Akademiyasının üzvləri ilə görüşündə deyib.
XİN sözçüsünün sözlərinə görə, bəzi xarici media tərəfindən ölkəmizə qarşı müxtəlif xarakterli təbliğat və təşviqat kampaniyası aparılır: "Bəs gəlin görək burada sosial şəbəkələr jurnalistlərə hansı imkanlar yaradır. İnformasiyaların tez bir zamanda yayılmasında sosial şəbəkələr mühüm rola malikdir. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası aparılır və bu, heç kimə sirr deyil. Hətta biz bunu ölkəmizdə keçirilmiş "Avroviziya" mahnı müsabiqəsində şahidi olduq. Hazırda isə bəzi beynəlxalq təşkilatlar bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində belə bir addımlara əl atırlar. Düşmənin və qarşı tərəfin gücünü olduğu kimi qəbul etmək lazımdır. Çünki bu bir növ psixoloji müharibədir. Biz bunu Ermənistan-Azərbaycan təmas xəttində də görürük".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB