Elşən Musayev: “Onlar bir-biriləri ilə bəhsə giriblər”

Elşən Musayev: “Onlar bir-biriləri ilə bəhsə giriblər”

"Azərbaycan iqtidarı müxalifətdən fərqli olaraq hər zaman dialoqa meylli olub və bunu apardığı siyasətlə də sübut edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev deyib.

Onun sözlərinə görə, bəzi müxalifət dairələrinin söyüş mexanizmindən əl çəkməməsi onların dialoqa qatılmalarına əngəl olur: "Bəzi müxalifət partiyalarının nümayəndələrinin ağlasığmaz ideyalarla çıxış etməsinin bir sıra səbəbləri var. Əvvəla onu qeyd edim ki, bir sıra radikal partiyalar bir-biriləri ilə bəhsə giriblər. Hətta mən deyərdim bəzi partiyalar nə istədiklərini belə bilmirlər. Dialoqa qatılamayan şəxslər isə məhz Əli Kərimlinin "Azadlıq" qəzetinin manşetlərinə tuş gəlməmək üçün bu addımı atdılar. Ümumiyyətlə siyasətdə məğlub qüvvələr hər zaman aqressiv olurlar. Xüsusən də, növbəti məğlubiyyətləri hesablayaraq və yaxud da perspektivdə heç bir qələbə görmədiyi zaman artıq səs-küy salmağa çalışırlar. Keçirmək istədikləri mitinqdə də məhz belədir. Real məsələlərin diqqətdən yayınması üçün mitinqdə iştirak edəcək 5-10 nəfərin simasında çaşqınlıq yaradaraq beynəlxalq diqqəti öz üzərlərinə çəkmək istəyirlər. Hesab edirəm ki, AXCP və Müsavat heç vaxt o dialoqa qayıtmayacaqlar. Ancaq bir daha qeyd edim ki, Azərbaycan iqtidarının onların dialoqda iştirakın heç ehtiyacı da yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə