Azər Badamov: “Ermənistanın çıxış yolu qalmayıb” MÜNASİBƏT

Azər Badamov: “Ermənistanın çıxış yolu qalmayıb” MÜNASİBƏT

"Beynəlxalq təşkilatların, nümayəndəliklərin səyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istəqamətində hər hansı bir müsbət irəliləyişə nail olduqda Ermənistan tərəfi öz narazılığı ilə gündəmə gəlir. Hanısa bir bəhanə ilə danışıqlardan qaçmağa üstünlük verən Ermənistanın faktiki olaraq çıxış yolu qalmayıb". Bu fikirləri SİA-ya Milli Məclisin Regional Məsələlər komitəsinin üzvü Azər Badamov Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Valterin Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışılqrda onlarla heç bir əlaqəyə getmədiyi fikirlərinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Ermənistanın nə müharibə etməyə gücü çatır, nə də sülh yolu ilə danışıqlara getməyə cəsarəti yoxdur: "Təcavüzkar ölkə məcburi şəkildə yaxın gələcəkdə öz işğalçılıq siyasətindən əl çəkməyə məcbur olacaq. Çünki əhalinin düşdüyü ağır durum, ölkənin bütün sahələrində yaranan böhranlı vəziyyət bunu deməyə əsas verir. Sonuc olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail olacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə