Leyla Abdullayeva: “Mükafat qadınlarımız üçün əhəmiyyətlidir” MÜNASİBƏT
"Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mərhəmət,qayğı və xeyriyyəçilik ünvanına çevrilməklə dünyanın ən qabaqcıl ölkələrində uğurlara imza atıb. Heydər Əliyev Fondu öz yüksək fəaliyyəti ilə nəinki Azərbaycanda həmçinin ölkəmizdən kənarada da xeyriyyəçilik tədbirləri həyayta keçirməkdədir. Bu baxımdan Mehriban xanım Əliyevanın belə yüksək mükafata layiq görülməsi bütünlükdə Azərbaycan xanımı, Azərbaycan qadını üçün böyük əhəmiyyətə malikdir". Bu fikirləri SİA-ya millət vəkili Leyla Abdullayeva Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfəyə görə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Mehriban xanım Əliyevanın "Hilal-e-Pakistan" ordeni ilə təltif etməsinə münasibətini açıqlayarkən deyib.
Millət vəkili həmçinin Heydər Əliyev Fondunun göstərdiyi fəaliyyət, icra etdiyi layihə və proqramların bütün dünyada əks-səda doğurduğunu qeyd edib: "Humanitar sferada bu qədər məqsədyönlü işlər görən ikinci bir təşkilat çətin ki, dünyada tapılsın. Görülən işlərin miqyası çox böyükdür və müxtəlif sahələri əhatə edir. Pakistan İslam Respublikasının ali mükafatı olan "Hilal-e Pakistan" ordeninin Mehriban xanıma təqdimatı da bütün bunları bir daha sübut edir. Bildiyiniz kimi,Fond dünyanın bir çox ölkələrində olduğu kimi,dost ölkə olan Pakistanda da humanitar fəaliyyəti ilə seçilir. Zəlzələ zamanı dağılan məktəbin yenidən qurulması,Pakistanlı tələbələrə dəstəyin göstərilməsi, peyvəndlərin həyata keçirilməsi bu ölkədə böyük rəğbətlə qarşılanıb".
Leyla Abdullayeva mükafatın həm də Pakistanla Azərbaycan arasında olan ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi sahəsində mühüm bir töhfə olacağını vurğulayıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB