Elşad Mirbəşiroğlu: “Təəssüf ki, digər dövlətlər analoji addım atmır”
"Həqiqətən də Pakistan və Türkiyə yeganə dövlətlərdir ki, Ermənistanla diplomatik əlaqələri yoxdur. Bu da Ermənistanın Azərbaycan münasibətdə həyata keçirdiyi işğalçılıq siyasəti ilə bağlıdır. Ancaq çox təəssüflər olsun ki, anoloji addımı biz digər müsəlman dövlətlərindən görmürük". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, bu faktı Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycanda olarkən, möhtərəm prezidentimiz cənab İlham Əliyev də bildirdi və buna görə dost ölkənin prezidentinə məmnunluğunu ifadə etdi. Ancaq bəzi müsəlman ölkələri analoji addımı atmaqdan yayınırlar: "Pakistanın bu cür prinsipial mövqeyi çox təqdirəlayiq haldır. Arzuolunandır ki, digər müsəlman dövlətləri də Ermənistana münasibətdə Pakistan və Türkiyə ilə eyni mövqedən çıxış etsinlər. Ancaq çox təəssüflər olsun ki, bir çox hallarda biz bunun əksini görürük. Belə ki, bir çox müsəlman dövlətlərinin hazırki dövrdə də Ermənistanla çox isti münasibətləri var. Həmin dövlətlər Ermənistan iqtisadiyyatının ayaqda qalmasına da müəyyən dərəcədə dəstək verirlər. Belə olan təqdirdə də, Ermənistanın işğalçılıq planlarını davam etdirmək imkanları güclənir. Həmin dövlətlər bir çox faktorların təsiri altında qalaraq öz maraqlarından çıxış edirlər. Təbii ki, biz həmin ölkələrə bunu irad tuta bilmərik. Bu dövlətlərin öz təşəbbüsü ilə həyata keçirə biləcəkləri bir işdir. Amma məhz bu məqamda Azərbaycana daha yaxın və dost olan ölkələr üzə çıxmış olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB