YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirildi YENİLƏNİB-FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin üzvləri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra tədbir YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin fəaliyyətini əks etdirən videoçarxla öz işinə başlayıb.
Konfransı giriş sözü ilə açıq elan edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd edib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Aydın Hüseynov bu gün həmin siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
O, həmçinin bildirib ki, bu gün Azərbaycanda bütün sahələrlə yanaşı, uğurlu gənclər siyasəti də aparılır: "Bu gün hər bir gənc dövlətimizin ona göstərdiyi diqqət və qayğıdan bəhrələnir, bu amil isə gənclərin gələcək faliyyətlərinə stimul verir. Məhz Qaradağ rayon gəncləri də bu kimi faktorları öz üzərlərində daim hiss edirlər".
Tərbirdə hesabat məruzəsi ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıb. O, ölkəmizdə gənclərin inkişafı üçün hərtərəfli şərait yaradıldığını deyib, həmçinin YAP Qaradağ rayon Gənclər Birliyinin fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Daha sonra Qaradağ rayonunun idarə, müəssisə və təşkilatlarından konfransa seçilmiş nümayəndələr Yeni Azərbaycan Partiyası Qaradağ rayon Gənclər Birliyinin Şura üzvlərini, idarə heyətini, sədrini və onun müavinlərini seçiblər. Ramiz Yusubov Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri, Eltun İbrahimov, Zeliha Zamanova, Eldar Sadıqov isə onun müavinləri, eyni zamanda YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndələr seçilib.
Yeni seçilmiş Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvlərini, sədrini və onun müavinlərini təbrik edən, yeni fəaliyyət sahəsində uğurlar arzulayan "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, respublikamızda ilk yaranan təşkilatlardan biri olan YAP Qaradağ rayon təşkilatı özünün fəaliyyət istiqamətinə görə hər zaman ön mövqelərdə qərarlaşıb: "Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Məhz bu fakt YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə yüksək məsuliyyət qoyur. Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti xalqımıza böyük uğurlar qazandırıb".
Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova da öz çıxışında Gənclər Birliyi idarə heyətinin üzvlərinə uğurlar arzulayaraq qeyd edib ki, gənclərdə milli təəssübkeşlik hissi nə qədər yüksək olarsa, bu da öz növbəsində onların fəaliyyət istiqamətlərinə bir o qədər işıq saçmış olar.
Qeyd edək ki, konfransda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB