Qabil Hüseynli: “Tanıtım tədbirləri bu ajiotajı alt-üst etməyə müvəffəq olur” RƏY

Qabil Hüseynli: “Tanıtım tədbirləri bu ajiotajı alt-üst etməyə müvəffəq olur” RƏY

"Bütün bunlar təzyiq vasitəsi olmaqla eyni zamanda ölkəmizdəki maraqlarını reallaşdırmaq üçün bir formadır". Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli bəzi Qərb siyasi dairələrinin Avropa Oyunları ərəfəsində Azərbaycana təzyiq göstərmək iddialarını şərh edərkən deyib.

Politoloq hesab edir ki, əslində Qərb ölkələrinin həmin mövqeləri səngiyib. Belə ki, buna səbəb Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın apardığı güclü təbliğat və tanıtım kampaniyalarıdır: "Bu və ya digər formada ölkəmizə qarşı olan təzyiqlər bir qədər səngiyibdir. Bu baxımdan güman edirəm ki, bu məsələlər tədricən qaydasına düşəcək. Qaz faktorundan sonra bu məsələlərin tamamilə öz qaydasına düşəcəyinə inanırıq. Avroviziya mahnı müsabiqəsindən sonra Avropa Oyunlarının da ətrafında sadəcə ajiortaj yaratmağa çalışırlar. Amma Avropa Oyunları ilə bağlı xarici ölkələrdə keçirilən tanıtım tədbirləri bu ajiotajı alt-üst etməyə müvəffəq olur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə