"Sabahdan etibarən start veriləcək "Gənc Əkinçi" Akademiyası "İrəli" İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə həyata keçirilən bir layihədir". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihənin əhəmiyyətindən və buradakı gözləntilərdən danışarkən deyib.
Birlik sədrinin sözlərinə görə, tədbir "Gənclər Paytaxtı" seçilən seçilən İsmayıllı şəhərində olacaq: "Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibətilə biz strateji olaraq gənc jurnalistlərdən ibarət "Gənc Əkinçi" Akademiyası layihəsi çərçivəsində komanda formalaşdırdıq. 35 nəfərdən ibarət Kütləvi İnformasiya Vasitələrinin (KİV), eləcə də informasiya agentliklərinin nümayəndələri bu Akademiyaya qatılacaqlar".
M.Seyidov bildirib ki, ümumiyyətlə bəzi dövlətlər ölkəmizin uğurlarını, sabitliyini artıq gözü götürmür: "Biz də çalışırıq ki, ölkəmizin tanıdılması istiqamətində səylərimizi daha da artıraq. Prioritet istiqamətlərimizdən biri odur ki, Azərbaycanın gənc yazarları, jurnalistləri və s. ilə bu istiqamətdə dayanmadan mütəmadi olaraq xarici KİV-lərdə məlumatlar yayaq. Düşünürəm ki, bu, xarici mediada məlumatların üstünlük təşkil etməsinə əsaslar yaradacaq. "Gənc Əkinçi" Akademiyası bundan sonra da davamiyyətli olacaq. Akademiyanın ilk iştirakçılarının sonrakı müddətdə "İrəli" İctimai Birliyinin nəzdində ödnişsiz olaraq dil kursları, xarici media orqanları ilə təcrübə proqramları gözləyir. Düşünürəm ki, sabah start veriləcək layihə jurnalistlər üçün daha maraqlı olacaq. Həmin layihə çərçivəsində bizim dövlət rəsmiləri də iştirak edəcək".
Qeyd edək ki, "İrəli" İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə 12-15 mart tarixlərində "Gənc Əkinçi" layihəsinə start verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB