Millət vəkili həmyerlilərimizə səsləndi

Millət vəkili həmyerlilərimizə səsləndi

Martın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş 6-cı, Rusiya-Azərbaycan Kik-boksçuları arasında yoldaşlıq görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Adil Əliyev öz "facebook" hesabında məlumat paylaşıb.

Deputat bildirib ki, bu tədbir ölkəmizin və 1-ci Avropa oyunlarının tanınması baxımından çox önəmli idman və siyasi xarakter daşıyan bir tədbir olacaq: "Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatından və Avropa Oyunlar barədə roliklər nümayiş etdiriləcək, bukletlər paylanacaq. Nəzərinizə çatdırım ki, Rusiya Kik-boksçuları dünyanın ən güclü idmançıları olmaqlarına baxmayaraq, bizim Kik-boksçular çox böyük əhval-ruhiyyə ilə bu yarışa hazırlaşıblar. Mən ümidvaram ki, idmançılarımız bizləri sevindirəcək. Bütün bunlara baxmayaraq, mən Sankt-Peterburqda yaşayan həmyerlilərimizi idmançılarımızı dəstəkləməyə dəvət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə