Növbəti erməni azğınlığı MÜNASİBƏT

Millət vəkili xəbər verir
Növbəti erməni azğınlığı MÜNASİBƏT

"Qərbdə belə bir yanaşma var ki, ermənilər türklərdən daha "mədəni", daha "dözümlü" və daha "sivil"dirlər, çünki xristiandırlar. Ötən həftə Türkiyədəki Boğaziçi Universitetində uydurma erməni soyqırımı ilə bağlı tədbir keçirilərkən bir qrup tələbə onun keçirildiyi salona soxularaq azğınlıq ediblər". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Sahib Alıyev öz "facebook" hesabında məlumat paylaşıb.

Deputatın sözlərinə görə, tələbələr qışqıraraq 100 il öncə Malatya, Kayseri, Konya, Mərdin və başqa yerlərdə ermənilərin milad bayramını qeyd etdiklərini, amma "4 min il həmin torpaqlarda yaşayan xalqın" indi oralarda bir təmsilçisinin də qalmadığını deyiblər: "100 il bundan öncə indi Ermənistan adlanan forpostda da əhalinin çoxunu azərbaycanlılar təşkil edirdilər. Hər il mart ayında Novruz bayramı keçirirdilər. İndi həmin torpaqlarda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bunu hər kəs bilir. Amma görsən Ermənistanın hansısa bir universitetində tələbələr bu reallığı dilə gətirə bilərlərmi? Boğaziçi universitetindəkilərin etdikləri kimi azğıncasına yox, lap yavaşdan. Əgər dilə gətirsəydilər, həmin tələbələri nə gözləyərdi? Bunu da hər kəs bilir, Qərbdəkilər də təbii ki. Amma ermənilər yenə də türklərdən, daha "mədəni", daha "tolerant" və daha "sivil"dirlər. Çünki xristiandırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə