Rauf Əliyev: “Ermənistanda hazırlıqlı komdanda yoxdur” AÇIQLAMA

Rauf Əliyev: “Ermənistanda hazırlıqlı komdanda yoxdur” AÇIQLAMA

"Təbii ki, Ermənistan tərəfi əvvəldən də elan etdi ki, rəsmi İrəvan Bakıda keçiriləcək birinci Avropa Oyunlarına qatılacaq. Amma sonradan isə onlar bu yarışa qatılmaqdan imtina etdilər". Bunu SİA-ya AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev Ermənistan idmançılarının bu il ökəmizdə keçiriləcək birinci Avropa Oyunlarında iştirak etməməsinə münasibət bildirərkən deyib.

AFFA-nın I vitse-prezidentinin sözlərinə görə, oyuna qatılıb-qatılmamaq xasiyyəti Ermənistanda həmişə olub: "Onlar bir dəfə Azərbaycana gəldilər və öz gözləri ilə də gördülər ki, ölkəmiz tərəfindən necə təhlükəsizlik məsələsi təmin olunub. Bu mənada hesab edirəm ki, onların Bakıda keçiriləcək birinci Avropa Oyunlarına qatılmamasının əsas səbəbi hazırlıqlı komandalarının olmamasıdır. Bu gün Ermənistanın iqtisadi vəziyyəti çox acınacaqlıdır. Beləcə işğalçı ölkənin oyunlara hazırlıq prosesi də sıfır vəziyyətindədir. Erməni idmançılar bilirlər ki, oyuna qatıldıqları halda heç bir nailiyyət əldə edə bilməyəcəklər. Təbii ki, bu da bir faktdır ki, onlar bundan çəkinirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə