Mübariz Əhmədoğlu: “Vatikanla iş Azərbaycan siyasətinin dəsti-xəttində ayrıca bir istiqamətdir”
"Ermənistan Vatikanla əlaqələrə xüsusi diqqət verir. Yəni, Vatikanın sözü Ermənistan üçün həyati əhəmiyyətli məsələdir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Serj Sarkisyan Ermənistanla Vatikanın münasibətlərinin düzəltmək üçün yeznəsi Mikayıl Minansyanı səfir təyin edib: "Ermənistan iddia edir ki, guya xristianlığı qəbul edən ilk dövlətdir. Vatikan isə bunu qəbul etmir. Ermənistan bildirir ki, ermənilər Yaxın Şərqdə xristianlığa mühüm töhfə veriblər. Vatikan isə bildirir ki, ermənilər bu gün ona görə mövcuddurlar ki, onlar xristianlığı qəbul ediblər. Yəni, xristianlıq onları müdafiə edir. Onlar arasında bu məsələlərdə mübahisələr gedir. Bundan başqa ermənilər çalışırdılar ki, Türkiyəyə səfər edən Roma Papası Fransisk Ermənistana da gəlsin. Amma o, Ermənistana səfər etmədi. Eyni zamanda ermənilər istəyirdilər ki, 24 aprel "qondarma soyqırımı" günü Roma Papası Ermənistanda olsun. Amma Papa 23 apreldə ermənilərlə bağlı tədbir təyin edib və bir qrup katolik ermənini qəbul edəcək. Bu isə Vatikanın Ermənistan olan real münasibətidir. Hansı ki, Ermənistan Vatikanla iş istiqamətində heç bir şey əldə etməyib".
M. Əhmədoğlu vurğulayıb ki, Vatikanın Ermənistana belə münasibəti isə birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsidir: "Vatikanla iş Azərbaycan siyasətinin dəsti-xəttində ayrıca bir istiqamətdir. Bu kurs Ümummilli Lider Heydər Əliyevin dövründə qoyulub, Prezident İlham Əliyev davam etdirir. Amma, ədalət naminə demək lazımdır ki, Prezident İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevə Vatikanla, xristian dünyası ilə bağlı məsələlərə qoşulandan sonra işin effekti bir neçə dəfə artıb. Bunun nəticəsidir ki, Ümumdünya Kilsələr Şurası ermənilərin irəli sürmək istədiyi Dağlıq Qarabağla bağlı qətnaməni qəbul etmədi. İndi Vatikanın Türkiyə məsələsində ermənilərə belə soyuq münasibət göstərməsi də məhz Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın birgə apardığı işin nəticəsidir. Əgər kimsə Heydər Əliyev Fondu orada katakomba bərpa etdiyini, pul ayırdığı fikirləşirsə, bu düzgün deyil. Çünki, belə düşüncə məsələni balacalatmaq deməkdir. Əslində daha böyük faktor Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın şəxsi davranışlarıdır. Ona görə də çox böyük uğur əldə edilir".
"Prezident İlham Əliyev Vatikanla münasibətləri elə bir səviyyəyə gətirib çıxarıb ki, yaxınlarda Vatikan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik edə bilər, yaxud hansısa bir dövlətin vasitəçiliyini müdafiə edə bilər. Məsələn, Almaniyanın, İtaliyanın vasitəçiliyini ortalığa qoya bilər. Hətta özü vasitəçilik rolunu ortalığa qoya bilər. Həmçinin münaqişənin həlli ilə bağlı Ermənistan və Azərbaycan tərəfinə məktubla müraciət edə bilər. Necə ki, 51 illik Kuba məsələsi Vatikanın müraciətindən təxminən bir il sonra asanlıqla həll olundu". – M. Əhmədoğlu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB