"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərin Azərbaycanda reallaşdırdıqları faktaraşdırıcı səfərləri ilə bağlı bəyanatında qeyri-müəyyənlik var". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
O bildirib ki, həmməruzəçilər heç bir nəticəyə nail olmaq istəmirlər: "Onların məqsədləri status-kvonu saxlamaqdan ibarətdir. Bu beynəlxalq təşkilatlar istəyirlər ki, Azərbaycan cəmiyyəti, dövləti baş vermiş hadisə ilə, reallıqla hesablaşsın, hər şey yaddan çıxarsın və ermənilər isə istəklərinə nail olsunlar. O ki qaldı həmməruzəçilərin səfərinə onlar bu kimi səfərlələ gözdən pərdə asmağa çalışırlar. Onların danışıqları mənasız və heç bir əhəmiyyətə malik deyil. Buna görə də səfərlərindən sonra heç bir nəticəyə malik olmayan bəyənatlarla çıxış edirlər. Çünki, onlar müzakirələr zamanı qarşılarına nəyisə həll etmək məqsədi qoymurlar. Məqsəd danışıqları mümkün qədər uzatmaqdır".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Azərbaycana reallaşdırdıqları faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar. Bəyanatda bildirilir ki, səfər çərçivəsində onlar Azərbaycan prezidenti İlham Əliyevlə, Prezident Administrasiyasında, parlamentin spikeri ilə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə, baş prokuror, ədliyyə naziri və Mərkəzi Seçki Komissiyasının rəhbəri ilə görüş keçiriblər. Həmçinin vətəndaş cəmiyyətinin üzvləri və beynəlxalq ictimaiyyət üzvləri ilə də görüşlər keçirilib. Həmməruzəçilər həbs-qətimkan tədbiri seçilmiş şəxslərin vəkilləri ilə görüşüb, məhbuslara, o cümlədən Anar Məmmədliyə baş çəkiblər. Müzakirələr noyabrda Azərbaycanda baş tutacaq parlament seçkiləri ərəfəsində siyasi vəziyyət, məhkəmələrin azadlığı və fəaliyyəti, həmçinin ölkədə insan haqları sahəsində vəziyyət istiqamətində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB