“Klassik avotomobil sərgisi” FOTO

“Klassik avotomobil sərgisi” FOTO

Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin şəxsi heyət üzvləri Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın Classic Remise və Fransanın Şlumpf kolleksiyası Milli Avtomobil Muzeyi ilə birgə Heydər Əliyev Mərkəzində təşkil edilmiş "Kalssik Avtomobil Sərgisi"ndə olublar. Pentensiar xidmətdən SİA-ya verilən məlumata görə, maraqlı məkan dizaynı ilə fərqlənən, müxtəlif illərin və ölkələrin istehsalı olan avtomobillərin nümayiş olunduğu, ziyarətçilərdə nostalji hisslər yaradan və avtomobil istehsalı tarixinə ekskursiya xarakteri daşıyan sərgini xidmət əməkdaşları xüsusi rəğbət hissi ilə seyr ediblər.

Müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksessuarlar, eləcə də arxiv materialları əsasında hazırlanan videoçarxlar əməkdaşlar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə