Rasim Musabəyov: “Yayılan fikirlər təbliğat xarakterlidir” AÇIQLAMA
"Ümumiyyətlə Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın hərbi desant briqadası deməklə yalnışlığa yol verirlər". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov ABŞ-ın hərbi desant briqadasının Ukraynanın Lvov şəhərində olması ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, onsuzda rəsmi Vaşinqton inkar etmir ki, ABŞ hərbiçiləri təlim keçirmək üçün mövcuddur: "Ancaq ABŞ-ın hərbi desant briqadası ətrafında aparılan söhbət çox yanlışdır. İkincisi isə qanuni Ukrayna hökumətinin dəvəti ilə ora gələn qüvvələrə görə, Rusiya müharibəyə başlayası deyil".
Millət vəkili hesab edir ki, yayılan bütün bu fikirlər təbliğat xarakterlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB