Mirkazım Kazımov: “Əli Kərimlinin hərəkətləri azərbaycanlı kişiyə xas olan keyfıyyət deyil” MÜSAHİBƏ

Mirkazım Kazımov: “Əli Kərimlinin hərəkətləri azərbaycanlı kişiyə xas olan keyfıyyət deyil” MÜSAHİBƏ

Müsahibimiz Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Mirkazım Kazımovdur

- Azərbaycanın inkişafı göz qabağındadır. Dünyanın böyük dövlətləri də Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi uğurlara heyrətini gizlədə bilmirlər. Belə olan halda, öz vətəndaşlarımız olan radikal müxalifətçilərin doğma ölkələri haqqında qarayaxma kampaniyası aparması, görülən işlərə kölgə salmağa cəhd etməsi sizcə nədən qaynaqlanır, onlar bununla nəyə nail olmaq istəyirlər?

- Radikal müxalifətçilərin, xüsusilə də AXCP sədri Əli Kərimlinin qazanılan uğurlara kölgə salmaq cəhdi, paxıllıqdan, qısqanclıqdan və donosbazlıqdan başqa bir şey deyildir. Ölkəmizin sürətli inkişafını görməzliyə vuran, əhalinin həyat tərzinin getdikcə yaxşılaşmasından paxıllıq hissi keçirən xəyanətkarlar, ilk növbədə, unutmamalıdırlar ki, onlar bu ölkənin vətəndaşlarıdır. Yadda saxlamalıdırlar ki, satqınların vətəni olmur. Onlar üçün pul hər şeydən üstündür. Mən belələrinə demək istəyirəm ki, xəyanətkarı heç kim qəbul etmir. Azərbaycanın uğurlarını gözü götürməyən dairələrə antimilli ünsürlər və satqınlar yalnız bir alət kimi lazımdır. Həmin "alətləröz funksiyalarını başa vurduqdan sonra lazımsız əşya kimi bir küncə atılır. Belə ünsürlərə rəhbərlik edən, özünü yeganə müxalifət elan edən AXCP sədri Əli Kərimli və onun himayədarlıq etdiyi "Azadlıq ruporçularınun mayaları sanki paxıllıqdan və xəyanətkarlıqdan yoğrulub. Onlar antimilli dairələrə və ermənipərəst beynəlxalq qurumlara donosbazlıq etməkdən sanki zövq alırlar. Azərbaycanın dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsindən hər bir soydaşımız fəxr etməli və qürur hissi keçirməlidir. Çünki Azərbaycan hər bir azərbaycanlının Vətənidir. Lakin Əli Kərimli və onun arxasınca gedənlər nə bu ölkəni vətən bilirlər, nə də ki, ölkəmizin uğurlarına sevinə bilirlər. Onlar bunu bacara da bilməzlər. Çünki hər şeydən öncə insanda vətənə sevgi, dövlətə inam və sədaqət hissləri olmalıdır. Onlarda da bu olmadığına görə apardıqları "mübarizə də yalnız düşmənlərimizin mənafeyinə xidmət edir. Bu gün ölkəmizin beynəlxalq aləmdə nüfuz sahibi olması və xoş sədasının ən yüksək tribunalardan eşidilməsi hər birimizin sabaha olan inamımızı daha da artırır. Respublikamızın sürətli inkişaf yolunda inamla irəliləməsini dünyanın tanınmış diplomatları da təsdiqləyirlər. ABŞ konqresmenləri E1 Qrin, Leonard Lans, Mayk Fitspatrik, Pit Qalleqo və Skott Perrinin respublikamızın inkişafını yüksək dəyərləndirmələri dediklərimin bariz nümunəsidir. Konqresmenlər hətta, Prezident Barak Obamanı Azərbaycanı dəstəkləməyə çağırmışdılar. Onlar qeyd etmişdilər ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri strateji baxımdan önəmli bir regionda ABŞ-ın smanmış və vacib müttəfıqidir. Azərbaycan iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Ölkədə ümumi daxili məhsul artır, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 80 faizini təşkil edir, yoxsulluğun səviyyəsi 5 faizə düşüb. Ekstremizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycan tolerantlıq baxımından dünya ölkələri üçün nümunədir. Belə faktlar istənilən qədərdir. Ölkəmizə rəsmi səfərə gələn dövlət başçıları və hökumət nümayəndələri, həmçinin nüfuzlu beynəlxalq qurumların üzvləri Azərbaycanda gördükləri abadlıq və yenidənqurmadan, inkişafdan böyük razılıqla danışırlar. Bundan əlavə, "Gallup İntenational tərəfindən aparılan "Dünya ölkələrinin xoşbəxtlik indeksində Azərbaycan 2014-cü ilin yekunlarına görə, dünyanın xoşbəxt ölkələri reytinqində ilk beşliyə daxil olub.

- Sizcə, AXCP-də acınacaqlı vəziyyətin yaranmasının, eləcə də partiyada kütləvi istefaların baş alıb getməsinin əsas səbəbləri nədir?

- Artıq ətrafındakılar da ağa qara deyən Əli Kərimlidən imtina etməyə başlayıblar. Bu yaxınlarda istefa vermiş müavini Razi Nurullayevin açıqlamalarından sonra güman etmək olardı ki, Əli Kərimli xəcalət hissi keçirəcək, daimi yaşamaq üçün Hollandiyaya və yaxud digər ölkələrə gedəcək. Onun müavini də dedi ki, AXCP sədri öz məqsədlərinə nail olmaq üçün hətta, uzun müddət onunla bir partiyada əməkdaşlıq etmiş öz müşavirini pomo-kasetlə şantaj edibmiş. AXCP sədrinin keçmiş xanım müşaviri də etiraf edir ki, o, Əli Kərimli tərəfındən şantaja məruz qalıb. Səbəbi də bu olub ki, sabiq xanım müşavir Əli Kərimlinin diktatorluğuna, yalanlarına, xarici dövlətlərə donosbazlığma, satqınlığına etiraz edib. Əli Kərimlinin əqidə yoldaşları sabiq xanım müşavirə hədə-qorxu gələrək deyiblər ki, "əgər susmasan səni bütün dünyada biabır edəcəyik. Sənin qızlarının və özünün şəkilləri hər yeri bəzəyəcək. Bax, onda dilini qarnına qoyub susacaqsan. Fikir verirsinizmi, qadına qarşı belə ədalətsizlik azərbaycanlı kişiyə xas olan keyfiyyət deyil. Əgər bir partiya sədri uzun müddət əməkdaşlıq etdiyi xanımın müşavirini bu yolla şantaj edirsə, ondan hər cür satqınlıq və xəyanət gözləmək olar. AXCP-də keçirilən tədbirlərdə artıq heç kim iştirak etmir. Bu partiyanın sədrinin artıq sabiq müavininin də bəyan etdiyi kimi, AXCP-nin keçirdiyi mitinqlərə iştirakçı tapılmır. Onlar rayonlara gedib insanlarla danışıqlar aparır və müəyyən vədlərdən sonra çox çətinliklə bir-iki tərəfdar toplaya bilirlər. Heç kim onların səsinə səs verməyib.

- Martı ayının 15-nə Milli Şura mitinq təyin edib...

- Bunlar adi piketlərdir ki, heç kimin maraq dairəsində deyil. 50-60 adam stadiona yığışır, 2-3 nəfər də özlərini əsl "lider hesab eləyib tribunaya çıxıb danışırlar. Onların dediklərini özlərindən başqa heç kim eşitmir. Əgər fikir vermisinizsə, "Məhsul stadionunda onlar mitinq keçirən vaxt, yoldan insanlar heç onlara tərəf baxmadan işinin-gücünün dalınca keçib gedirlər. Əli Kərimlinin səsi stadiondan kənara çıxmır. Bu mitinq də onların ənənəvi addımlarından biridir. Onlar hələ də başa düşmürlər ki, indi XXI əsrdir, dünya və xalqlar üçün həssas bir dövrdür. Belə bir həssas dövrdə primitiv üsullarla, köhnə tribuna çağırışları ilə nəyəsə nail olmağa çalışmaq sadəcə ağıslızlıqdır.

- İqtidar-müxalifət arasında baş tutan dialoq cəmiyyət tərəfındən müsət qarşılnasa da, Əli Kərimli bu məsələdə də aqressivlik göstərdi və dialoq haqqında populist fikirlər söyləməyə başladı...

- Müxalifət nümayəndələrinin konstruktiv mövqe tutması, iqtidar- müxalifət dialoqunun baş tutması AXCP sədrini, necə deyərlər, yandırıb-yaxıb. Təbii ki, xarici dövlətlərin oyuncağına çevrilmiş AXCP sədri və onun əqidə yoldaşları belə bir tədbirə kölgə salmağa cəhd göstərdilər. Ancaq onlar bununla heç nəyə nail ola bilmədilər. Müxalifət nümayəndələri də etiraf etdilər ki, bu görüş çox əhəmiyyətlidir. Hətta, qeyd olundu ki, belə görüşlər Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmasına birbaşa təsir göstərir. Bu cür görüşlərə kölgə salmaq istəyən qüvvələr isə bir daha öz mövqelərinə diqqət etməlidirlər. Artıq hamıya bəllidir ki, başda AXCP sədri Əli Kərimli olmaqla, digərləri də ayrı-ayrı ölkələr tərəfındən idarə olunurlar. Əli Kərimlinin satqın və xəyanətkar olduğunu artıq müxalifət nümayəndələri də etiraf edirlər. O, vaxtilə Əbülfəz Elçibəyə nəinki xəyanət edib, hətta, Elçibəyə həyatında ən ağır ləkələri, ən ağır sözləri Əli Kərimli yazdırıb və söylədib. Onun müxalifətçi dostları deyirlər ki, Əli Kərimli elə kateqoriyadan olan adamdır ki, ona yaxşılıq etmək şeytana yaxşılıq etmək kimi bir şeydir. Belə bir adamın ölkəmiz haqqında donosbazlıq etməsi onun xislətindən irəli gəlir.

- Bildiyiniz kimi, ölkəmizdə Avropa Oyunları keçiriləcək. Belə bir mötəbər beynəlxalq tədbirin təşkilatçısı olmaq bizə nələr qazandıracaq?

- Hazırda Azərbaycan dünyanın diqqət mərkəzindədir. Bir neçə aydan sonra start götürəcək I Avropa Oyunlarına böyük hazırlıq işləri gedir. Müstəqillik yolunda cəmi 23 il irəliləyən bir ölkənin Avropa Oyunları kimi mötəbər idman yarışmasına ev sahibliyi etməsi çox böyük uğurdur. Hətta, bu barədə ABŞ-ın nüfuzlu mətbu orqanı olan "Washington Post qəzetində də məqalə dərc olunub. Məqalədə ölkəmizin belə bir mürəkkəb tədbirə ev sahibliyi etməsi yüksək qiymətləndirilib. Həmin məqalədə deyilir: "Diqqətə çatdırırıq ki, 50 ölkədən 6 mindən çox atlet, idmanın 20 növü uzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. Bu oyunlar çox böyük uğurla keçəcək və Azərbaycan dünyada mühüm idman tədbirlərinin təşkilatçısı kimi tanmacaq. Ötən illərə nəzər saldıqda Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrildiyinin şahidi olarıq. Həmin tədbirlərin iştirakçıları ölkəmizin sürətli inkişafından, bu işlərdə Prezident İlham Əliyevin rolundan, xalqla dövlət başçısının sıx vəhdətindən məmnunluqla danışırlar. Yalnız bir fakt misal gətirməklə dediklərini təsdiq etmək istərdim. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş 23-cü Krans Montana Forumunda iştirak edən qurumun təsisçisi və prezidenti, səfır Jan Pol Karteron demişdi ki, Azərbaycan dünyanın gələcəyini təşkil edən ölkələrin sırasına daxil olmuşdur. J.P.Karteron ardıca qeyd edir: "Cənub-Şimal əməkdaşlığı artıq tükənmişdir. Çünki şimal ölkələri cənub ölkələrindən çox sui-istifadə etmişlər. Bu gün cənub ölkələrinin geniş potensialı vardır. Onlar artıq çox güclüdürlər. Məncə bu gün cənub ölkələri elə bir əməkdaşlıq qura bilərlər ki, bu, onlara layiqincə inkişaf etməyə imkan verər. Burada, xüsusilə, Azərbaycanın rolunun böyük olduğunu qeyd etmək istərdim. Biz bunun Prezident İlham Əliyevin simasında təsdiqini gördük. Azərbaycan dövlətinin başçısı forumun açılış mərasimindəki nitqi ilə də bunu tam təsdiq etmişdir. Prezident İlham Əliyev mövcud vəziyyəti bir çox ölkələrin rəhbərlərində olmayan böyük məharətlə izah etmişdir. Azərbaycan Prezidenti çox səriştəli rəhbərdir. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafı naminə gördükləri işlər və bunun sayəsində əldə olunmuş nailiyyətlər yalnız onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda get-gedə daha böyük rol oynayacaqdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olarkən 155 ölkədən dəstək qazanması beynəlxalq aləmdə bizə olan inam və etimadın nəticəsidir. Bundan əlavə, ölkəmiz müxtəlif vaxtlarda iki dəfə bu quruma sədrlik etmişdir. Avropa Şurasının Nazirlər Komitəsinə respublikamızın sədrliyi də diplomatiyamızın təntənəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə